Almaniyanın şərqində, keçmiş hərbi poliqonun ərazisində baş verən yanğın səbəbindən üç kəndin sakinləri təxliyə edilib

13:59, 15.07.2026

Almaniyanın şərqində yerləşən keçmiş sovet hərbi poliqonunun ərazisində yanğın baş verib. Ərazidə qalan hərbi sursatlara görə yanğınsöndürənlər alov mənbəyinə birbaşa yaxınlaşa bilmir və təhlükəsizlik məqsədilə bir kilometrlik məsafə saxlamaq məcburiyyətindədirlər.

Məlumata görə, keçmiş poliqonun ərazisində hələ də partlama təhlükəsi olan hərbi sursatlar qalır.

Poliqonun yaxınlığında yerləşən Qransin, Qransiner-Mülle və Krienke kəndlərinin sakinlərinə müvəqqəti təxliyə edilmələri tövsiyə olunub. Yanğının söndürülməsinə təxminən 250 yanğınsöndürən cəlb olunub, yaxın vaxtlarda əlavə qüvvələrin də əməliyyata qoşulması planlaşdırılır.

Qeyd edək ki, oxşar yanğın iyun ayında ekstremal isti hava şəraiti fonunda Almaniyanın Reynland-Pfalts federal torpağında da baş vermişdi. Yanğın keçmişdə artilleriya mərmilərinin utilizasiya edildiyi Rotenfels təbiət qoruğunda başlamışdı. Hadisə nəticəsində köhnə hərbi sursatların bir hissəsi partlamışdı.

Oxşar