Almaniyanın şəhərlərində ultrasağçı qüvvələrə qarşı etiraz aksiyaları keçirilib
Almaniyanın şəhərlərində ifrat sağçı qüvvələrə qarşı etiraz aksiyaları keçirilib. Ən populyar nümayişlər Münhen və Bremendə keçirilib.
Təşkilatçılara görə, Münhendəki nümayişdə 300 mindən çox insan iştirak edib.
“Sağçılara qarşı daha yüksək səslə” – Bremendə keçirilən mitinqin şüarı belə olub. Polisin məlumatına görə, mitinqdə 35 minə yaxın adam iştirak edib, təşkilatçılar isə mitinqdə 50 minə yaxın nümayişçinin toplaşdığını təxmin ediblər.
Hannover və Almaniyanın digər şəhərlərində də etirazlar keçirilib.