Almaniyanın səfirliyi - Strasburqun qərarı ədalət, insan hüquqlarına hörmət istiqamətində mühüm addımdır, Almaniya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir
Avropa İnsan Haqları Məhkəməsinin qərarını təqdir edirik: Rusiya 2008-ci ilin müharibəsi zamanı və ondan sonra minlərlə qurbana vurulmuş ziyana görə Gürcüstana təzminat şəklində 253 milyon avrodan çox ödəməlidir – bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi sosial şəbəkədə yazır.
Səfirliyin yazdığı kimi, bu qərar ədalət və insan hüquqlarına hörmət istiqamətində mühüm addımdır.
“O, törədilmiş ədalətsizliyə görə Rusiyanın məsuliyyətini təsdiqləyir. Avropa Məhkəməsi bəyan edib ki, Rusiya tərəfindən gücün həddindən artıq tətbiqi, qanunsuz həbslər və insanların hərəkət azadlığının məhdudlaşdırılması halları da daxil olmaqla, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının pozulmasının bütöv bir sistemi mövcud olub. Almaniya Gürcüstanın ərazi bütövlüyünə dəyişməz və sarsılmaz dəstəyini davam etdirir” – Almaniyanın səfirliyi yazır.
Strasburq Məhkəməsi 2008-ci ilin müharibəsi ilə bağlı Gürcüstanın xeyrinə daha bir qərar çıxarıb. Strasburq Məhkəməsinin qərarı ilə davam edən işğalla bağlı iş üzrə Rusiyanın üzərinə Gürcüstanın xeyrinə 253 milyon avrodan çox təzminat ödəmək öhdəliyi qoyulub.