Almaniyanın səfirliyi – Saberio kəndində baş vermiş inanılmaz faciə hamımızı sarsıtdı, ailəyə və gürcü xalqına dərin hüznlə başsağlığı veririk

12:40, 09.01.2025

 

Almaniyanın Gürcüstandakı səfirliyi Saberio kəndində baş vermiş faciə ilə əlaqədar ailəyə və gürcü xalqına başsağlığı verir.

Matəm günü ilə əlaqədar səfirlikdə bayraqlar endirilib.

“Bu gün, yanvarın 9-da Almaniyanın səfirliyində bayraq endirilib. Saberio kəndində baş vermiş inanılmaz faciə hamımızı sarsıtdı. Bu ağır günlərdə ailəyə və gürcü xalqına dərin hüznlə başsağlığı veririk” – Almaniyanın səfirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.

Gürcüstan hökumətinin qərarı ilə işğal altındakı Qali Rayonunun Saberio kəndində baş vermiş və 5 uşağın həyatını itirməsinə səbəb olmuş faciə ilə əlaqədar yanvarın 9-u matəm günü elan edilib.
Yanğın nəticəsində həlak olmuş şəxslər bu gün dəfn olunacaqlar.

Oxşar