Almaniyanın paytaxtında İranda davam edən etiraz çıxışlarının iştirakçılarına dəstək məqsədilə genişmiqyaslı aksiya keçirildi
Almaniyanın paytaxtında İranda davam edən etiraz çıxışlarının iştirakçılarına dəstək məqsədilə genişmiqyaslı aksiya keçirildi. “BBC”-nin yazdığına görə, Berlində keçirilən nümayişdə 80 minə yaxın İranlı və onların tərəfdarları iştirak edirdi. Bu, İran diasporunun keçirdiyi ən böyük etiraz aksiyası idi.
“Qadınlar, həyat və azadlıq”, – Avropanın müxtəlif ölkələrindən toplaşanlar səsləndirirdilər.
Etiraz aksiyası Vaşinqton da daxil olmaqla dünyanın digər ölkələrinin paytaxtlarında da keçirildi.
Nümayişçilər İrana qarşı əlavə sanksiyaların tədbiq edilməsini tələb edirlər.
Artıq altıncı həftədir ki, İranda Əxlaq Polisi tərəfindən saxlanılarkən ölən gənc qadına dəstək nümayişləri keçirilir. Hüquqmüdafiəçilərin məlumatına görə, Təhlükəsizlik qüvvələrinin basqıları zamanı 244 nümayişçi həlak oldu. O cümlədən 32 azyaşlı. 12 500-dən çox adam yaxalanıb.
22 yaşlı Mahsa Amin hicab geyinmə qaydalarını pozduğuna görə həbs edildikdən sonra, sentyabrın 13-də dünyasını dəyişdi. Hadisə şahidləri qadını həbs edərkən hüquq-mühafizə orqanlarının əməkdaşlarının döydüyünü deyirlər.