Almaniyanın Oşersleben şəhərində məktəblərin bir hissəsini atışma hədəsi səbəbindən bağlayıblar

17:46, 13.10.2026

 

Almaniyada, Saksoniya-Anhalt federal torpağında Oşersleben şəhərində məktəblərin bir hissəsini atışma hədəsi səbəbindən bağlayıblar. Məlumatı “Europeyskaya Pravda” nəşri “Spiegel”ə istinadən yayır.

Polisin məlumatına əsasən, təhdid məzmunlu mesaj ötən axşam valideynlərin ümumi qrupuna göndərilib.

Bundan sonra isə rəsmi qurumun nümayəndələri polisin tövsiyəsini nəzərə alıblar və şəhərdəki bütün məktəbləri bağlayıblar.

Yayılan məlumata əsasən, məktəblərin bir hissəsi distant tədrisə keçib, çərşənbə günündən etibarən isə tədris prosesinin adi rejimdə bərpa olunması planlaşdırılır.

Kütləvi atışma təhdidinə dair mesajın yayılmasından sonra məktəblərin və uşaq bağçalarının yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılacaq.

Oxşar