Almaniyanın müdafiə naziri bildirir ki, NATO-nun avropalı üzvləri pul ayırmalı və Ukrayna üçün Amerika silahının alınması məqsədilə tez bir zamanda vəsait toplamalıdırlar
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirir ki, NATO-nun avropalı üzvləri pul ayırmalı və Ukrayna üçün Amerika silahının alınması məqsədilə tez bir zamanda vəsait toplamalıdırlar.
“Bu, əsasən hava hücumundan müdafiə vasitələrinə aiddir. Hər kəs ilkin mərhələdə, konkret olaraq, hava hücumundan müdafiə üçün lazım olan vəsaiti tez toplamaq məqsədilə pul ayırmalıdır” – Pistorius bildirib.
Almaniyanın müdafiə nazirinin fikrincə, ABŞ-nin Ukraynaya yönəlik dəyişən siyasətinin “yaxşıya doğru istiqamət” olub-olmadığı hələ müəyyən edilməlidir.
Pistorius Rusiyaya qarşı sanksiyaların tətbiqilə bağlı təhdidi Ukrayna və bütövlükdə Avropa üçün mühüm irəliləyiş və siqnal kimi qiymətləndirir. Almaniyanın müdafiə naziri qeyd edib ki, ABŞ-nin müdafiə katibi Pit Heqsetlə görüş zamanı Amerika silahının tədarükünün bütün spektrini müzakirə ediblər.
“ABŞ-nin deyil, avropalıların pulu ödəyəcəyi artıq uzun müddətdir ki, aydın idi. Ukrayna çox böyük təzyiq altındadır, çünki Putin sülh mövzusunda cüzi danışıq belə başlandığı anda hava hücumlarının intensivliyini artırır. Buna görə biz hər kəsi burada öz mövqeyini nümayiş etdirməyə çağırırıq” – Pistorius qeyd edib.
Almaniyanın müdafiə naziri qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiəsi üçün əhəmiyyətli vəsaitin sürətlə səfərbər edilməsi məqsədilə maliyyə yükünü NATO-nun bütün üzvləri bölüşməlidir.