Almaniyanın “Lufthansa” aviakompaniyasında pilotlar və stüardessaların bir günlük tətili səbəbindən 460-dan çox reys ləğv edilib
“Lufthansa” aviakompaniyasının pilotları və stüardessaları bir günlük tətil elan ediblər. Bu gün aviakompaniyanın əksər reysləri həyata keçirilmir.
Almaniya hava limanları assosiasiyasının məlumatına görə, 460-dan çox reys ləğv edilib və nəticədə 70 000-ə yaxın sərnişin təsirlənib. Pilotlar işəgötürəndən pensiya fonduna ödənişlərin artırılmasını tələb edirlər.
Stüardessaların peşəkar ittifaqı isə bir filial şirkət tərəfindən reyslərin azaldılmasını və stüardessaların sosial proqramları ilə bağlı işəgötürənin danışıqlardan imtinasını etirazla qarşılayır.