Almaniyanın Köln şəhərində müharibə əleyhinə aksiyada hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında toqquşma baş verib, polis bir neçə nəfəri saxlayıb
Almaniyanın Köln şəhərində keçirilən müharibə əleyhinə aksiya hüquq-mühafizə orqanları ilə toqquşmaya çevrilib. Medianın yazdığına görə, aksiyanın iştirakçılarının bir hissəsi polislərə hücum edib, bundan sonra hüquq-mühafizəçilər nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Toqquşma zamanı 12 polis əməkdaşı xəsarət alıb. Aksiya iştirakçıları arasında da xəsarət alanlar var, lakin onların sayı məlum deyil.
Polis bir neçə nəfəri saxlayıb.
Hüquq-mühafizəçilərin qiymətləndirməsinə görə, etiraz aksiyasında ümumilikdə 3 000-ə yaxın insan iştirak edib.
Aksiyanın təşkilatçısı “Rheinmetall-ın silahsızlaşdırılması” birliyidir. Qeyd edək ki, “Rheinmetall” zavodu Ukrayna müharibəsində də istifadə olunan döyüş sursatları istehsal edir.