Almaniyanın xarici işlər naziri İohan Vadeful Ukraynaya gedib
Almaniyanın xarici işlər naziri İohan Vadeful Ukraynaya gedib

 

Almaniyanın xarici işlər naziri İohan Vadeful Ukraynaya gedib. Bu, onun Kiyevə ilk səfəridir. Vadeful səfər çərçivəsində Ukrayna hökumətinin nümayəndələri ilə görüşlər keçirəcək. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Almaniyanın xarici işlər naziri Kiyevə gəldikdən sonra deyib ki, “Ukraynanın azadlığı və gələcəyi Almaniyanın xarici və təhlükəsizlik siyasətinin ən əsas vəzifəsidir”.

Bununla yanaşı, Almaniyanın xarici işlər naziri qeyd edib ki, “Rusiya Prezidenti Vladimer Putin amansız bombardmanlarla Ukraynanı özünə tabe etməyə çalışır”.