Almaniyanın keçmiş kansleri Qerhard Şröder “Rosneft”in direktorlar şurasını tərk edib
Almaniyanın keçmiş kansleri Qerhard Şröder Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurasını tərk edir. Bu barədə məlumatı “Rosneft” şirkəti yayıb.
“Rosneft bildirir ki, Qerhard Şröder və Matias Varniq şirkətin direktorlar şurasındakı səlahiyyətlərini uzada bilməyəcəklərini açıqlayıblar”, – deyə Rosneftin açıqlamasında deyilir.
Bundan əvvəl Almaniya mətbuatı Avropa Parlamentinin Almaniyanın keçmiş kansleri Qerhard Şröderə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu yazıb. Səbəb kimi mediada Şröderin Rusiya dövlət neft şirkəti Rosneft ilə əlaqələri göstərilib.