Almaniyanın kansleri - Sanksiyaların yeni paketi artıq hazırdır, biz onu mayın 20-də Brüsseldə qəbul edəcəyik
Almaniyanın kansleri - Sanksiyaların yeni paketi artıq hazırdır, biz onu mayın 20-də Brüsseldə qəbul edəcəyik

 

Almaniyanın kansleri Fridrix Merts Rusiyaya qarşı sanksiyaların yeni paketini mayın 20-də qəbul edəcəklərini təsdiqləyib. O, bu barədə sosial şəbəkədə yazıb.

Mertsin qiymətləndirməsinə əsasən, Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbula səfəri böyük jest idi.

“Putin görünmədi, bununla da özünü məğlub mövqeyinə qoydu. Sanksiyaların yeni paketi artıq hazırdır, biz onu çərşənbə axşamı Brüsseldə qəbul edəcəyik” – kansler yazır.

Bundan əvvəl Ukrayna mediasının yazdığı kimi, sanksiyaların yeni, on yeddinci paketi Rusiyanın “kölgə donanması”na qarşı yönəlib və rus neftinin ixracına qoyulan məhdudiyyətlərdən yan keçmək üçün istifadə edilən təxminən 200 neft tankerini qara siyahıya salır. Həmçinin, paket kiberhücumlar, insan hüquqlarının pozulması və Avropada sabotaja görə Rusiya vətəndaşlarına qarşı sanksiyaları nəzərdə tutur.