Almaniyanın kansleri Olaf Şolts Kiyevə gedib

12:19, 02.12.2024

 
Almaniyanın kansleri Olaf Şolts Kiyevə gedib. Bu haqda alman mediası yazır.

Medianın məlumatına əsasən, 2022-ci ilin iyunundan bəri bu Şoltsun Ukraynaya ilk səfəridir.

Şolts Kiyevdə Volodimir Zelenski ilə danışıqlar aparacaq. Kiyevə gəldikdən sonra o, Berlinin Kiyevə 650 milyon avro məbləğində əlavə hərbi yardım edəcəyini bildirib.

O bildirib ki, “1000 gündən artıq dövr ərzində Ukrayna özünü rus təcavüzündən qəhrəmancasına müdafiə edir”.

Kanslerin bəyanatına əsasən, onun səfəri Ukrayna ilə həmrəyliyi ifadə etmək və Almaniyanın “Avropada Ukraynanın ən güclü dəstəkçisi” olaraq qalacağını təsdiqləmək məqsədi daşıyır.

Oxşar