Almaniyanın ən böyük hava limanlarında əməkdaşlar 24 saatlıq tətilə başlayıblar
Almaniyanın ən böyük hava limanlarında əməkdaşlar 24 saatlıq tətilə başlayıblar.
Əməkdaşların etirazı səbəbindən Frankfurt, Münhen, Ştutqart, Köln/Bonn, Düsseldorf, Dortmund, Hannover, Bremen, Hamburq və digər hava limanlarında fasilələr yaşanır. Tətildə dövlət xidmətlərinin əməkdaşları, yerüstü xidmətin əməkdaşları və aviasiya təhlükəsizliyi işçiləri iştirak edirlər.
“Verdi” həmkarlar ittifaqı sektorda çalışanların əmək haqqının artırılmasını tələb edir.
İşəgötürənlə danışıqların ikinci raundu nəticəsiz başa çatdıqdan sonra tətil elan edilib. Həmkarlar ittifaqı əmək haqqının 8% artırılmasını, daha yüksək bonuslar və üç əlavə istirahət günü tələb edir.
Gözlənildiyi kimi, tətil səbəbindən 3400-dən çox reys ləğv ediləcək, bu da 510 min sərnişinə təsir edəcək.
Almaniyanın hava limanlarında planlaşdırılan genişmiqyaslı tətildən bir gün əvvəl Hamburq Hava Limanının əməkdaşları sürpriz tətil elan ediblər.