Almaniyanın Deideşeim şəhərində gürcü şərabının təqdimatı keçirilib
Milli Şərab Agentliyinin maliyyə dəstəyi və agentliyin müqaviləli alman marketinq şirkəti “ff.k Public Relations”in təşkilatçılığı ilə Almaniyanın Deideşeim şəhərində somelyelərin beynəlxalq mükafatlandırma tədbiri “TOP 50 Sommeliers” çərçivəsində gürcü şərabının dequstasiyası keçirilib. Bu barədə məlumatı Milli Şərab Agentliyi yayır.
Agentliyin məlumatına əsasən, alman şərab mütəxəssisi İnqe Maintser tədbirə aparıcılıq edib.
“TOP 50 Sommelier” 2012-ci ildən keçirilir və somelyelər, HoReCa sektorunun, qastronomiya sahəsinin və medianın nümayəndələri tədbirdə iştirak edirlər.
Avropada şərabın ən böyük idxalçısı olan Almaniya 2020-ci ildən gürcü şərabının strateji bazarları siyahısına əlavə olunub və ixrac ölkələri onluğunda sabit yer tutub.
Gürcü şərabının populyarlaşdırılması və ixrac potensialının artırılması məqsədilə Milli Şərab Agentliyi 2021-ci ildən “ff.k Public Relations” alman şirkəti ilə əməkdaşlığa başlayıb. Aktiv populyarlaşdırma kampaniyası bu il də davam edir” – Milli Şərab Agentliyi yazır.