Almaniyanın bütün siyasi spektri Avropa İttifaqını İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə çağırır

21:38, 18.08.2026

 

Almaniyanın bütün siyasi spektri Avropa İttifaqını İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Buna səbəb Ben-Qvirin Qəzzada hər gecə 30-40 nəfərin — xüsusən də İsrail üçün birbaşa təhlükə yaradan və “yaşamağa layiq olmayan” şəxslərin məqsədyönlü şəkildə məhv edilməli olduğunu bildirdiyi çağırışı olub.

Bu bəyanat həm hakim partiyaların (CDU/CSU, SPD) nümayəndələri, həm də müxalifət — solçular, yaşıllar və ultra-sağçı populist “Almaniya üçün Alternativ” tərəfindən tam konsensusla kəskin şəkildə pislənilib.

Bəzi deputatlar sanksiya siyahısına maliyyə naziri Bezalel Smotriçin də daxil edilməsini tələb ediblər.

Qeyd edək ki, Berlin bundan əvvəl Avropa İttifaqı tərəfindən İsrailə və onun rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiq olunması təşəbbüslərinə tez-tez qarşı çıxırdı. Fridrix Merts hökuməti hələlik yekun rəsmi mövqeyini bildirməyib.

Məsələnin müzakirəsi sentyabr ayında Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə planlaşdırılır.

Oxşar