Almaniyanın Bremen şəhərinin hava limanı yaxınlıqda naməlum pilotsuz uçuş aparatı görüldükdən sonra fəaliyyətini dayandırıb
Almaniyanın Bremen şəhərinin hava limanı yaxınlıqda naməlum pilotsuz uçuş aparatı görüldükdən sonra fəaliyyətini dayandırıb

 

Naməlum pilotsuz uçuş aparatına görə Almaniyanın Bremen şəhərinin hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Alman mediasının yazdığı kimi, hadisə noyabrın 2-də axşam baş verib. Medianın məlumatına əsasən, hava limanında reyslərin yerinə yetirilməsi təxminən bir saat dayandırılıb. Dronu kimin buraxdığı bu vaxta qədər bilinmir.

Məlumat üçün bildirək ki, oktyabrın 31-də naməlum dronun aşkarlanmasına görə Berlinin hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Oktyabrın 2-si və 3-də pilotsuz uçuş aparatlarının görünməsinə görə Münhen Hava Limanında da uçuşlar ləngiyib. Alman mediasının məlumatına əsasən, gizli polis hesabatında hərbi kəşfiyyat dronlarından söz getdiyi deyilir.

Almaniyada hava limanından 1,5 kilometr radiusda dronların istifadəsi qadağandır.