Almaniyanın Baden-Vürtemberq şəhərində polis cavab atəşi açaraq daha əvvəl meriyanın binasında olmuş silahlı əfqan kişini öldürüb

21:28, 08.10.2026

 

Almaniyada Baden-Vürtemberq şəhərində polis 27 yaşlı əfqan kişini odlu silahla qətlə yetirib. Bu barədə BILD nəşri Dövlət Kriminal Polisinə istinadən məlumat yayır.

Media şahidlərə istinadən yazır ki, 27 yaşlı əfqan kişi əvvəlcə şəhər meriyasının binasına silahlı şəkildə daxil olub, bu zaman əməkdaşlar polis çağırıblar.

Polis hadisə yerinə gəldikdən sonra binadan çıxan kişi, ehtimal ki, polis əməkdaşlarına hücum edib. Rəsmi şəxs, məhz bundan sonra zabitlərin cavab atəşi açdıqlarını deyib. Şahidlər ümumilikdə beş atəş səsi eşitdiklərini bildiriblər.

27 yaşlı əfqan kişiyə hadisə yerində tibbi yardım göstərilib, lakin onu xilas etmək mümkün olmayıb.

Oxşar