Almaniyanın Aerokosmik Mərkəzi dronların tədqiqat mərkəzini açacaq
Almaniyanın Aerokosmik Mərkəzi ölkənin şərqində yerləşən Koxştedt şəhərində dronların tədqiqat mərkəzini açacaq. Mərkəzdə dronların tətbiqi ilə təhlükəsizliyin təmin edilməsi üçün yeni texnologiyalar öyrəniləcək və onlar real şəraitdə sınaqdan keçiriləcək.
“Pilotsuz uçuş aparatları sahəsində silahlanma yarışı geridə qalmamaq üçün xüsusi tədqiqat mərkəzlərinin olmasını tələb edir” – daxili işlər naziri Aleksander Dobrindt Leypsiq hava limanında baş verən və Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı ilə təchiz olunmuş, ehtimal ki, Rusiyaya aid dronun aşkarlandığı insidentdən sonra bildirib.
Daxili İşlər Nazirliyindən bəyan edildiyi üzrə, Almaniyanın dronlara qarşı imkanlarını yaxşılaşdırmaq üçün nəyin tələb olunduğunu müəyyənləşdirmək məqsədilə çoxlu tədqiqat və müşahidələrə ehtiyac var və yeni tədqiqat mərkəzi məhz bu məqsədə doğru atılmış addım olacaq.