Almaniyada Ukrayna səfiri - şokdayam ki, Berlin polisi 8-9 mayda Ukrayna bayraqlarının dalöğalanmasını qadağan etdi, bu Ukrayna və Ukraynalılar şillə vurmaqdır
Almaniyada Ukrayna səfiri - şokdayam ki, Berlin polisi 8-9 mayda Ukrayna bayraqlarının dalöğalanmasını qadağan etdi, bu Ukrayna və Ukraynalılar şillə vurmaqdır

Ukraynanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Melnik Berlin polisinin 8-9 may 2022-ci il tarixlərində təkcə Rusiya deyil, həm də Ukrayna simvollarından istifadəni qadağan edən qərarına əks səda verdi. Məlumatı Ukrayna mediası yayır.

“Şokdayam ki, Berlin polisi 8-9 mayda Ukrayna bayraqlarının dalöğalanmasını qadağan etdi, bu Ukrayna və Ukraynalılar şillə vurmaqdır”, – Melnik qeyd etdi.

Onun dediyinə görə, Almaniyanın paytaxtında Ukrayna bayrağının dalğalanması qadağan edilib, Rusiya bayrağında olduğu kimi, bu bayrağın altında Ukraynanın mülki əhalisinə və on minlərlə Ukraynalı qadın və uşağa qarşı ən ağır hərbi cinayətlər törədilib.

“Bu yalzın taktlığın azlığını göstərmir, halbuki bu fıciəvi siyasu qərardır”, – Melnik əlavə etdi.

Səfirin dediyinə görə, polisin təhlükəsizliyin təmin edilməsi üçün göstərdiyi səylər başa düşüləndir, lakin qurbanla cinayətkarın eyniləşdirilməsi faktı sadəcə olaraq hədsiz dərəcədə narahat doğurucudur.

Bundan əvvəl Almaniyanın paytaxtı Berlində hakimiyyət orqanları İkinci Dünya Müharibəsinin başa çatmasının 77-ci ildönümündə, 8-9 may tarixlərində Rusiya və Ukrayna bayraqlarının istifadəsini qadağan etmişdi.

“Anım aktı, eləcə də memorial və abidələrə hörmət Rusiyanın Ukraynadakı hazırkı təcavüzkar müharibəsi fonunda qorunmalıdır. Müharibənin Berlində demokratik diskursdan kənar münaqişə və ya mübahisəyə çevrilməsi yolverilməzdir”, – Berlin polisində bəyan etdilər.