Almaniyada terror aktı təşkili ittihamı ilə Suriya vətəndaşını yaxaladılar

11:55, 26.04.2023

Almaniyada terror aktı təşkili ittihamı ilə Suriya vətəndaşını yaxaladılar. Məlumatı alman mediası yayır. İstintaqın məlumatına görə, 28 yaşlı kişi “şəhid kəmərinin “istifadəsilə hücum planlaşdırırdı.

Müttəhimi Hamburqda yaxaladılar. Onunla birlikdə, cinayətə dəstəkdə şübhəli bilinən qardaşı da yaxalanıb.

Alman mediasının yazdığına görə, istintaqın məlumatı var ki, Suriyalı kişi bir neçə həftə ərzində internetlə partlayıcı əşyalar alırdı. Qardaşı isə, cinayətin planını çözürdü. Konkret olaraq terrorizmdə şübhəlilərin hədəfi nə idi, adlandırılmır.

Xüsusi əməliyyatda 250 hüquqmühafizəçi iştirak edirdi. Axtarış əməliyyatına xüsusi təyinatlı dəstə də cəlb olunmuşdu.

Oxşar