Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən İranlı həbs edildi
Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 32 yaşlı İranlı həbs edildi. Məlumatı “BBC” yayır.
Nəşrin məlumatına görə, həmin şəxs islamçı hücumuna hazırlamaq üçün dəqiqləşdirilməmiş miqdarda sianid və risin toksinləri almışdır. Polis materialları şübhəlinin Castrop-Rauxeldəki evində axtarış zamanı aşkar etdi.
“BBC”-nin məlumatına görə, kimlikləri açıqlanmadığı daha dörd nəfər yaxalanıb.