Almaniyada son 24 saat ərzində koronavirusun 7 141 yeni halı aşkar edildi, 214 pasiyent vəfat etdi
Almaniyada son 24 saat ərzində koronavirusun 7 141 yeni halı aşkar edildi, 214 pasiyent vəfat etdi

Almaniyada son bir gün ərzində koronavirusun 7 141 yeni halı qeydə alındı.

Məlumatı “Reuters” agentliyi Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 214 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 2 040 659 halı qeydə alınıb, 46 633 pasiyent vəfat edib.