Almaniyada son 24 saat ərzində koronavirusdan 989 pasiyent vəfat etdi
Almaniyada son 24 saat ərzində koronavirusdan 989 pasiyent vəfat etdi

Almaniyada son bir gün ərzində koronavirusun 11 369 yeni halı qeydə alındı.

Məlumatı “Reuters” agentliyi Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 989 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 2 060 559 halı qeydə alınıb, 47 833 pasiyent vəfat edib.