Almaniyada növbədənkənar parlament seçkiləri keçirilir

11:46, 23.02.2025

Almaniyada növbədənkənar parlament seçkiləri keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

Almaniyada kansler Olaf Şolzun üç partiyadan ibarət hakim koalisiyasının dağılmasından sonra erkən seçkilər təyin edilib. Seçicilər üçün əsas məsələlər bunlardır: immiqrasiya, Almaniya iqtisadiyyatı, xarici siyasət və iqlim dəyişikliyi.

Sosioloji sorğular göstərir ki, Fridrix Mersin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının alyansı 30 faizlə birinci yerdədir. “Almaniya üçün Alternativ” partiyası 21 faiz səslə ikinci yerdədir. Kansler Olaf Şolzun rəhbərlik etdiyi hakim Sosial Demokratlar 16 faizlə üçüncü yerdədir. Hazırkı vitse-kansler Robert Habekin rəhbərlik etdiyi Yaşıllar 13 faizlə dördüncü yerdədir.

Almaniyada seçki məntəqələri yerli vaxtla saat 18:00-da bağlanacaq.

Oxşar