Almaniyada koronavirusun 32 552 yeni halı qeydə alındı, 964 pasiyent vəfat etdi
Almaniyada koronavirusun 32 552 yeni halı qeydə alındı, 964 pasiyent vəfat etdi

Almaniyada son bir gün ərzində koronavirusun 32 552 yeni halı qeydə alındı.

Məlumatı “Qardian” nəşri Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 964 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 1 719 737  halı qeydə alınıb, 33 071 pasiyent vəfat edib.

Hazıda ölkədə virusa yoluxan 400 minə qədər pasiyent müalicəsini davam etdirir. Virusu artıq 1.3 milyon pasiyent məğlub etdi.