Almaniyada koronavirusun 32 195 yeni halı qeydə alındı, 802 pasiyent vəfat etdi
Almaniyada koronavirusun 32 195 yeni halı qeydə alındı, 802 pasiyent vəfat etdi

Almaniyada son bir gün ərzində koronavirusun 32 195 yeni halı qeydə alındı.

Məlumatı “Qardian” nəşri Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 802 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 1 587 115 halı qeydə alınıb, 28 770 pasiyent vəfat edib.