Almaniyada koronavirusun 22 964 yeni halı aşkar edildi
Almaniyada koronavirusun 22 964 yeni halı aşkar edildi

Almaniyada son bir gün ərzində koronavirusun 22 964  yeni halı qeydə alındı.

Məlumatı Robert Kox İnstitutunun göstəricilərinə istinad edərək “Qardian” nəşri yayır.

Ölkədə son 24 saat ərzində virusdan 254 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 902 528 halı qeydə alınıb, 13 884 pasiyent vəfat edib.