Almaniyada koronavirusun 21 237 yeni halı qeydə alındı, 1 019 pasiyent vəfat etdi

10:40, 06.01.2021

Almaniyada son bir gün ərzində koronavirusun 21 237 yeni halı qeydə alındı.

Məlumatı “Qardian” nəşri Robert Kox İnstitutuna istinad edərək yayır. Ölkədə son 24 saat ərzində virusdan 1 019 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 1 808 647 halı qeydə alınıb, 36 537 pasiyent vəfat edib.

Oxşar