Almaniyada koronavirusun 14 611 yeni halı qeydə alındı, 158 pasiyent vəfat etdi
Almaniyada koronavirusun 14 611 yeni halı qeydə alındı, 158 pasiyent vəfat etdi

Almaniyada son bir gün ərzində koronavirusun 14 611 yeni halı qeydə alındı.

Məlumatı “Reuters” agentliyi Robert Kox İnstitutuna istinad edərək yayır.

Ölkədə son 24 saat ərzində virusdan 158 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın bir milyon 42 mindən artıq halı qeydə alınıb, 16 123 pasiyent vəfat edib.