Almaniyada koronavirusun 14 432 yeni halı qeydə alındı
Almaniyada koronavirusun 14 432 yeni halı qeydə alındı

Almaniyada son bir gün ərzində koronavirusun 14 432 yeni halı qeydə alındı.

Məlumatı “Qardian” nəşri Robert Kox İnstitutuna istinad edərək yayır.

Ölkədə son 24 saat ərzində virusdan 500 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın bir milyon351 mindən artıq halı qeydə alınıb, 22 475 pasiyent vəfat edib.