Almaniyada koronavirusun 13 604 yeni halı qeydə alındı
Almaniyada koronavirusun 13 604 yeni halı qeydə alındı

Almaniyada son bir gün ərzində koronavirusun 13 604 yeni halı qeydə alındı.

Məlumatı “Reuters” agentliyi Robert Kox İnstitutuna istinad edərək yayır.

Ölkədə son 24 saat ərzində virusdan 338 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın bir milyon 67 mindən artıq halı qeydə alınıb, 16 636 pasiyent vəfat edib.