Almaniyada koronavirusun 11 176 yeni halı qeydə alındı, 29 pasiyent vəfat etdi
Almaniyada koronavirusun 11 176 yeni halı qeydə alındı, 29 pasiyent vəfat etdi

Almaniyada koronavirusun 11 176 yeni halı qeydə alındı. Məlumatı “Qardian” Robert Kox İnstitutuna istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər, Almaniyada virusa yoluxmanın 429 181 halı qeydə alınıb.

Son bir gün ərzində ölkədə koronavirusa yoluxan 29 pasiyent vəfat etdi.

Yeni koronavirus nəticəsində Almaniyada vəfat edənlərin sayı 10 032-dir.