Almaniyada ictimai nəqliyyat işçiləri tətilə çıxıblar

14:23, 01.03.2024

Bu gün Almaniya şəhərlərində ictimai nəqliyyat işçiləri tətil ediblər.
Həmçinin, bu gün bütün ölkə miqyasında iqlim müdafiəçilərinin ümumi aksiyaları planlaşdırılır.

Almaniyanın böyük hissəsində ictimai nəqliyyat demək olar ki, tamamilə iflic vəziyyətinə düşüb.

Tətil həmkarlar ittifaqları tərəfindən təşkil edilib. Onlar ictimai nəqliyyat işçilərinin iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər ki, bu da iş vaxtının azaldılmasını və maaşların saxlanılmasını nəzərdə tutur. Onlar həmçinin məzuniyyət günlərinin artırılmasını tələb edirlər.

Oxşar