Almaniyada, Haydenau şəhəri yaxınlığında Elba çayında İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabomba aşkar ediblər
Almaniyada, Haydenau şəhəri yaxınlığında Elba çayında İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabomba aşkar ediblər.
“Der Spiegel”in məlumatına əsasən, xüsusi qruplar bombanın zərərsizləşdirilməsi işlərini həyata keçirirlər, bunun üçün onun tapıldığı yerdən bir kilometr radiusda əhalinin təxliyə edilməsi lazım gəlib.
Polisin məlumatına əsasən, təcili təxliyəyə ehtiyac olmayıb, çünki aşkarlanma şəraiti planlaşdırılmış zərərsizləşdirmə əməliyyatının keçirilməsinə imkan verir.
Medianın məlumatına əsasən, bomba rekord istilər nəticəsində Elba çayında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə düşməsindən sonra tapılıb.