Almaniyada qatarın relslərdən çıxması nəticəsində azı 3 nəfər həlak olub
Almaniyanın cənub-qərb hissəsində qatarın relslərdən çıxması nəticəsində azı 3 nəfər həlak olub, bir neçə nəfər isə ağır şəkildə yaralanıb.
Medianın “Deutsche Bahn”a istinadən yazdığı kimi, qatar Ştutqart yaxınlığında Ridlinqen şəhərində “naməlum səbəblər”ə görə relslərdən çıxıb. Hadisə zamanı qatarda təxminən 100 nəfər olub.
Almaniyanın kansleri Fridrix Merts həlak olanların ailələrinə başsağlığı verib.