Almaniyada bu gündən dörd həftəlik qismən karantin elan edildi
Almaniyada bu gündən dörd həftəlik qismən karantin elan edildi

Almaniyada bu gündən dörd həftəlik qismən karantin elan edildi. Restoranlar, kafelər və barlar, eləcə də idman zalları və hovuzlar bağlandı. Vətəndaşları sosial kontaktı minimuma qədər endirməyə çağırırlar. Məktəblər və mağazalar açıqdır, həmçinin etiraz aksiyalarının keçirilməsi mümkündür.

Robert Kox İnstitutunun göstəricilərilə, Almaniyada son bir gün ərzində koronavirus 12 097 insanda təsdiq olundu. Ümumilikdə virusa yoluxma halları 545 027-ni təşkil edir. Son bir gün ərzində virus nəticəsində 49 insan vəfat etdi və ölənlərin ümumi sayı 10 530-a qədər artdı.