Almaniya Xarici İşlər Nazirliyi bildirir ki, Berlində Peter Fischerin məsləhətləşmələr üçün geri çağırılması Gürcüstan rəhbərliyinə çox aydın diplomatik siqnal olub
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Almaniyanın səfiri Peter Fischerin məsləhətləşmələr üçün Berlina çağırılması “Gürcüstan rəhbərliyi üçün çox aydın diplomatik siqnal idi”.
Bu barədə Almaniya mediası yazır.
Almaniya XİN sözçüsü bildirib ki, Gürcüstan hökumətindən açıq gözlənti var — səfirə qarşı şəxsi hücumlar qarşısı alınmalıdır.
Almaniya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, məsələ ilə bağlı Gürcüstan hökuməti ilə də danışıq aparılıb.
“İndi biz Gürcüstan rəhbərliyini onun fəaliyyətinə görə qiymətləndiririk. Sonrakı nəticələri də buradan çıxaracağıq”, – deyə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.