Almaniya Xarici İşlər naziri Türkiyə prezidentinin rus və iranlı həmkarları ilə görüşünü "çağırış" adlandırdı
Almaniya Xarici İşlər naziri, Analena Berbok Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanın rus və iranlı həmkarları ilə görüşünü “çağırış” adlandırdı.
“Fotoda Türkiyə prezidentinin olması yumuşaq desək, çağırışdır. NATO üzvü olan Türkiyə Ukraynaya hərbi yardım edir, ona görə də bu foto mənim daha çox anlaşılmazdır, xüsusən də NATO üzvü olan ölkə baxımından”, – Analena Berbok bəyan etdi.
Burbokun bəyan etdiyinə görə, Tehranda keçirilən görüş “beynəlxalq qaydalara hörmətlə yanaşmaqla yanaşı, həm də onları dəstəkləyən”, “əziz partnyorlarla bir yerdə olmağın” bizim üçün nə qədər vacib olduğunu göstərir.
Ərdoğan iyulun 19-da Tehranda İran prezidenti, İbrahim Rəisi və Rusiya prezidenti Vladimir Putinlə görüşdü.