Almaniya Xarici İşlər naziri - biz heç bir zaman Putinin vədinə inana bilmərik
Almaniya Xarici İşlər naziri - biz heç bir zaman Putinin vədinə inana bilmərik

Almaniya Xarici İşlər nazirinin bəyan etdiyinə görə, Rusiyanın sülh üçün qoyduğu şərtlər Avropada yeni müharibəyə səbəb ola bilər.

Analena Berbok bu barədə mediaya müsahibəsində bəyan etdi.

Onun dediyinə görə Vladimir Putin qərbdə sülh nizamını pozub, ona görə də bu qəddar işğalı dəf etmək üçün Ukraynaya yardım və gələcək hücumlardan müdafiə etmək lazımdır.

“Bizim məqsədimiz Ukrayna xalqı, bizim və uşaqlarımız üçün sülhdür. Söhbət təkcə müharibənin olmamasından deyil, həm də azad həyatın təhlükəsizliyindən gedir. Amma Avropada mövcud olan sülh nizamını Putin pozdu. Nə qədər istəsək də, fevralın 24-nə kimi əlimizdə olanların qaytarılması olmayacaq. Biz heç bir zaman Putinin vədinə inana bilmərik”, – Berbok bəyan etdi.

Almaniyanın Xarici İşlər naziri Rusiyaya qarşı sanksiyaların ləğvi şərtlərini də şərh etdi.

“Atəşkəs yalnız ilk addım ola bilər. Bizə aydındır ki, sanksiyalar yalnız Rusiya qoşunlarını çıxarsa, ləğv edilə bilər. Rusiyanın diktə etdiyi şərtlərlə sülh Avropada nə Ukraynaya, nə də bizə təhlükəsizlik gətirməyəcək. Ən pis halda bu, növbəti müharibəyə çağırış olacaq – hətta sərhədlərimizə daha da yaxın”, – nazir qeyd etdi.