Almaniya və ABŞ "Patriot" tipli beş ədəd zenit-raket sisteminin Ukraynaya mümkün qədər tez təhvil verilməsi barədə razılaşıblar
Almaniya və ABŞ “Patriot” tipli beş ədəd zenit-raket sisteminin Ukraynaya mümkün qədər tez təhvil verilməsi barədə razılaşıblar.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun “Ramstein” formatında 29-cu görüşünün başlamasından əvvəl deyib.
“Keçən həftə Vaşinqtona səfərim zamanı mən və Pit Heqset razılaşdıq ki, Almaniya kəskin ehtiyac duyulan beş ədəd “Patriot” raket sisteminin Ukraynaya mümkün qədər tez təhvil verilməsinə töhfə verəcək” – Pistorius qeyd edib.
O, növbəti bir neçə gün ərzində tərəfdaşlar ilə bu planların həyata keçirilməsi mexanizmini razılaşdıracağını deyib.
“Almaniya əlavə müdafiə sistemləri və kəskin ehtiyac duyulan sursatı verəcək” – Almaniyanın müdafiə naziri bildirib.