Almaniya Ukraynaya müasir hava hücumundan müdafiə sistemini verəcək
Almaniya Ukraynaya “IRIS-T” müasir hava hücumundan müdafiə sistemini verəcək
Medianın məlumatına görə, bu barədə Almaniya kansleri, Olaf Şols ölkənin qanunverici orqanında çıxışı zamanı bəyan etdi.
Almaniya hökumətinin başçısı bəyan edir ki, bu sistemlərin köməyi ilə Ukrayna “bütün böyük şəhəri Rusiyanın hava hücumlarından qoruyacaq”.
Şolsun dediyinə görə, Almaniya Ukraynanı düşmənin haubitsalarını, minaatanlarını və reaktiv qumbaraatanlarını aşkar edə bilən müşahidə radarı ilə də təmin edəcək. Bundan əlavə, Şols bəyan etdi ki, Berlin ABŞ ilə sıx koordinasiyada Ukraynaya bir neçə atəş reaktiv sistemlərini də göndərəcək.