Almaniya sərhəd nəzarətini martın ortalarına qədər davam etdirəcək
Almaniya sərhəd nəzarətini martın ortalarına qədər davam etdirəcək.
Bu haqda Almaniyanın Daxili İşlər Nazirliyində bildiriblər.
Bununla yanaşı, ölkənin daxili işlər naziri Nensi Fezerin qeyd etdiyi kimi, sərhəd nəzarətini 2025-ci ilin martından sonra da uzatmaq istəyir.
Almaniya qeyri-leqal miqrasiyaya qarşı mübarizə üçün sərtləşdirilmiş sərhəd nəzarətini 2023-cü ilin sentyabrın 16-dan tətbiq etdi və onun müddəti dekabrın 15-də başa çatmalı idi, lakin Çexiya, Polşa və İsveçrə ilə sərhəd nəzarətini martın 15-dək uzatmağa qərar verdi.
Son bir il ərzində Almaniyada sığınacaq tələbinin sayı 40% azalıb, sərhəd yoxlamaları zamanı 37 min insanı geri qaytarıblar.