Almaniya Səfirliyi - Səfirlik keçən həftə amerikalı, avropalı və britaniyalı tərəfdaşlarla birlikdə iştirak etdiyimiz nümayişçilərə qarşı aktual məhkəmə proseslərini diqqətlə müşahidə edir
Almaniya Səfirliyi - Səfirlik keçən həftə amerikalı, avropalı və britaniyalı tərəfdaşlarla birlikdə iştirak etdiyimiz nümayişçilərə qarşı aktual məhkəmə proseslərini diqqətlə müşahidə edir

 
Öz fundamental hüquqlarını müdafiə edən insanların qəsdən təqib edilməsi Gürcüstanda demokratiya, məhkəmə sistemi və hüquqi dövlətin prinsiplərinə zərər vurur – bu haqda Almaniyanın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.

Səfirliyin bəyanatında deyildiyi kimi, səfirlik “nümayişçilərə, o cümlədən Avtandil Kucava və Davit Qoqilaşviliyə qarşı davam edən aktual məhkəmə proseslərini diqqətlə müşahidə edir”.

“Tbilisinin Şəhər Məhkəməsində keçirilən onların məhkəmə proseslərində keçən həftə amerikalı, avropalı və britaniyalı tərəfdaşlarımızla birlikdə iştirak etdik. Bununla yanaşı, biz məhkəmədə hüquqi dövlətin prinsiplərinə əməl edilib-edilməməsinə xüsusi diqqət yetiririk. Saxlanılanlar hüquq-mühafizə orqanlarının tələblərinə itaətsizlikdə ittiham olunurlar. Onların bir çoxu etirazlar zamanı həddindən artıq polis zorakılığının qurbanı da olub. Öz fundamental hüquqlarını müdafiə edən insanların qəsdən təqib edilməsi Gürcüstanda demokratiya, məhkəmə sistemi və hüquqi dövlətin prinsiplərinə zərər vurur” – Almaniya Səfirliyinin bəyanatında deyilir.