Almaniya səfirliyi – Polkovnik Hendrik Plosun rəhbərliyi ilə Almaniya Bundesverinin nümayəndə heyəti üçgünlük işgüzar səfərlə Gürcüstan Müdafiə Qüvvələrinin bölmələrində olub
3-cü Tibb Alayından, polkovnik Hendrik Plosun rəhbərliyi ilə Almaniya Bundesverinin nümayəndə heyəti üçgünlük işgüzar səfərlə Gürcüstan Müdafiə Qüvvələrinin bölmələrində olub – bu barədə məlumatı Almaniyanın Gürcüstandakı səfirliyi yayır.
Onların məlumatına əsasən, səfər birgə illik proqram çərçivəsində, Gürcüstan və Almaniya müdafiə nazirlikləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş əsasında baş tutub.
“Səfərin əsas məqsədi Gürcüstan Müdafiə Qüvvələrinin hərbi-tibbi imkanı – “Role 2 Forward” (Role 2F) ilə tanış olmaq idi. “Role 2F” tibb məntəqəsi cərrahi müdaxilə və pasiyentlərin növbəti tibbi təxliyəsinə qədər sabitləşdirilməsi də daxil olmaqla, səhra şəraitində yaralıları və xəsarət alanları təcili tibbi yardımla təmin edir.
Nümayəndə heyətinin üzvləri müvafiq tibbi və cərrahi prosedurlarla tanış olub, praktiki imkanların nümayişində iştirak ediblər. Səfər çərçivəsində tərəflər hərbi-tibbi bölmələrində toplanmış təcrübəni və qabaqcıl praktikanı bir-birləri ilə bölüşüblər. Qeyd edilməlidir ki, NATO-Gürcüstan Əsaslı Paketi (SNGP) çərçivəsində fəaliyyət göstərən “Hərbi tibbi imkanların inkişafı təşəbbüsü”nə Almaniya rəhbərlik edir. Təşəbbüs Gürcüstan Müdafiə Qüvvələrinin hərbi-tibbi imkanlarının daha da inkişaf etdirilməsini və müvafiq tibb məntəqələrinin NATO standartlarına uyğunlaşdırılmasını hədəfləyir” – məlumatda deyilir.