Almaniya səfirliyi - Gürcü şərabı Almaniyada getdikcə daha da məşhurlaşır, 2024-cü ildə Almaniyaya 1,28 milyon litr şərab ixrac olunub, bu qeyri-adi irəliləyişi təqdir edirik
2024-cü ildə Gürcüstandan Almaniyaya 1,28 milyon litr şərab ixrac olunub, bununla son on il ərzində şərab ixracı 7 dəfə artıb, bu qeyri-adi irəliləyişi təqdir edirik – bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi sosial şəbəkədə yazır.
Səfirlikdə bildirirlər ki, gürcü şərabı Almaniyada getdikcə daha da məşhurlaşır.
“Alman və gürcü xalqlarını bir-biri ilə bir çox şey birləşdirir. Şəraba olan sevgi onların arasındadır. Bu səbəbdən gürcü şərabının Almaniyada getdikcə daha da məşhurlaşması təəccüblü deyil. 2024-cü ildə Gürcüstandan Almaniyaya 1,28 milyon litr şərab ixrac olunub. Bu təxminən 6 milyon stəkan şərab deməkdir. Bununla son on il ərzində şərab ixracı 7 dəfə artıb. Bu qeyri-adi irəliləyişi təqdir edirik” – yayılmış məlumatda deyilir.