Almaniya səfiri - Gürcüstanla sıx əməkdaşlıq edirik, şadam ki, mənə ortaq Avropa ailəsinin üzvləri kimi bütün səviyyələrdə partnyorluğumuzu dərinləşdirmək imkanı verildi
Almaniya səfiri - Gürcüstanla sıx əməkdaşlıq edirik, şadam ki, mənə ortaq Avropa ailəsinin üzvləri kimi bütün səviyyələrdə partnyorluğumuzu dərinləşdirmək imkanı verildi

Almaniyanın Gürcüstana yeni təyin olunmuş səfiri, Peter Fişerin bəyan etdiyinə görə, Gürcüstan müxtəlif istiqamətlərdə onda böyük təəssürat yaratdı.

Elə onun dediyinə görə, Almaniya ilə Gürcüstan arasında dostluğun dərin kökləri var və onlar bütün sahələrdə sıx əməkdaşlıq edirlər.

Bununla yanaşı, Almaniya səfirinin sözlərinə görə, şaddır ki, ona ortaq Avropa ailəsinin üzvləri kimi bütün səviyyələrdə partnyorluğu dərinləşdirmək imkanı verildi.

“Mən dörd həftədir ki, Almaniya səfiri kimi Gürcüstandayam və artıq bu ölkənin rəngarəngliyi, tarixi və Avropa ənənələri məni çox heyran etdi. Xüsusilə bu müddət ərzində tanış olduğum gözəl və maraqlı insanlar.

Almaniya ilə Gürcüstan arasında dostluğun dərin kökləri var və biz bütün sahələrdə sıx əməkdaşlıq edirik. Şadam ki, mənə ortaq Avropa ailəsinin üzvləri kimi bütün səviyyələrdə partnyorluğumuzu dərinləşdirmək imkanı verildi”, – Peter Fişerin “feysbuk” postunda deyilir.