Almaniya polisinin məlumatına əsasən, Berlinin 20 məktəbinə hücumların hazırlanması haqda məlumat həqiqətə uyğun deyil, internetlə bildirişlər yayan şəxslərin kimliyinin müəyyən edilməsi davam edir
Almaniya polisinin məlumatına əsasən, Berlinin 20 məktəbinə hücumların hazırlanması haqda məlumat həqiqətə uyğun deyil, internetlə bildirişlər yayan şəxslərin kimliyinin müəyyən edilməsi davam edir

 

Alman mediası internetdə “messenger”lərdə Berlinin 20 məktəbinə hücumların hazırlanması haqda məlumat yayıldığını yazır.

Berlin polisində bəyan etdikləri kimi, fövqəladə hallar xidmətində bu mövzuda 900-dən çox bildiriş alıblar. Valideynlərin bir hissəsi yaxın müddətdə uşaqlarını məktəbə buraxmağı planlaşdırmadığını bildirir.

Bununla yanaşı, polisin məlumatına əsasən, məktəblərə hücumların hazırlanması haqda məlumat həqiqətə uyğun deyil və oxşar məlumatlar vətəndaşlar arasında panikaya səbəb olmaq məqsədi daşıyır.

Buna baxmayaraq, məktəblərin və digər təhsil müəssisələrinin yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib.

Polisin məlumatına əsasən, cinayət törətmək təhdidi ilə ictimai asayişi pozmaq faktı üzrə istintaq başladılıb və internetlə bildirişlər yayan şəxslərin kimliyi müəyyən edilir.