Almaniya polisi kansler Mertsi "Pinocchio" adlandıran pensiyoner ilə bağlı istintaqa başlayıb, bu fakta görə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Almaniya hökumətini tənqid edib
Almaniya polisi kansler Mertsi "Pinocchio" adlandıran pensiyoner ilə bağlı istintaqa başlayıb, bu fakta görə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Almaniya hökumətini tənqid edib

 

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Almaniya hökumətini Almaniyanın kanslerini “Pinocchio” adlandıran pensiyoner ilə bağlı istintaq başlatdığına görə tənqid edib.

“Politico”nun yazdığı kimi, ABŞ dövlət katibinin müavini Sara Rocers bildirib ki, söz azadlığına tətbiq edilən geniş məhdudiyyətlər müəyyən hallarda qanunun sui-istifadəsinə qədər gedib çıxır.

“Danışdığım almanların əksəriyyəti qanunlarının bu yolla istifadə olunmasını istəmir. Lakin, sözə qoyulan qeyri-müəyyən, geniş qadağalar həmişə sui-istifadə hallarına və çəkindirici təsirə səbəb olur” – Rocers bildirib.

Bundan əvvəl yerli media Almaniya polisinin ölkənin cənub qərbində yerləşən Hailbron şəhərində yaşayan kişinin yerli polisin “Facebook” səhifəsində Almaniyanın kanslerinin bu şəhərə səfəri ilə bağlı yazdığı şərhi araşdırdığına dair məlumat yayıb. “Pinocchio” Hailbron şəhərinə gəlir” – kişi sosial şəbəkədə yazıb.

Polisdə bildiriblər ki, istintaq Almaniyanın Cinayət Məcəlləsinin 188-ci maddəsi üzrə aparılır. Bu maddə siyasi fiqurların təhqir edilməsi və ya böhtan atılması üçün beş ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bununla yanaşı, daha sonra prokurorluqda pensiyonerə qarşı istintaqı bağladıqlarını bildiriblər, çünki iş söz və ifadə azadlığı çərçivəsindədir.