Almaniya Müdafiə Nazirliyi Portuqaliyaya koronavirus ilə mübarizədə yardım üçün həkimlər və tibbi təchizat göndərir
Almaniya Müdafiə Nazirliyi Portuqaliyaya koronavirus ilə mübarizədə yardım üçün həkimlər və tibbi təchizat göndərir. Məlumatı “Reuters” agentliyi yayır.
Agentliyin məlumatına görə, Portuqaliya hökuməti Almaniyaya yardım üçün, ölkənin xəstəxanaları dolduqdan sonra müraciət etdi. Yayılan məlumata görə, Almaniyadan Portuqaliyaya üç həftəliyinə 27 həkim göndərilir.
Pandemiyanın yayılmasından bu günə qədər Portuqaliyada koronavirusun 711 018 halı qeydə alınıb, 12 179 pasiyent vəfat edib.